Əsas Səhifə > Güney Press > Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanırDünən, 13:02 |
Tikinti sektorunda fəaliyyət göstərən “Rahrəvan Construction” MMC ləğv olunur.Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir. Məlumata görə, ləğv olunduğunu elan edən MMC kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər. Xatırladaq ki, “Rahrəvan Construction” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 656500 manat nizamnamə kapitalına malik olan “Rahrəvan Construction” MMC-nin qanuni təmsilçi Türkiyə vətəndaşı Ozturk Rızadır. Şirkət yarananda nizamnamə kapitalı 1 000 000 manat olub. Geri qayıt |