Əsas Səhifə > Güney Press > Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldıBu gün, 13:06 |
"İnsayt lyudi" prodüser agentliyi bloger Hüseyn Həsənova qarşı 21 milyon rubl (təxminən 445 min manat) məbləğində iddia qaldırıb. Oxu.az xəbər verir ki, bu barədə "KP-Peterburq" nəşri məlumat verib. Nəşr qeyd edir ki, sənəd arbitraj məhkəməsinə hələ 2025-ci il aprel ayının sonunda daxil olub. Məhkəmənin saytında göstərilib ki, bloger "müəyyən ödənişli xidmətlərin göstərilməsi üçün müqavilələr üzrə öhdəlikləri" yerinə yetirməyib. Digər detallar məlum deyil. İş üzrə məhkəmə iclası iyulun 2-nə təyin olunub. Nəşrin verdiyi məlumata görə, Həsənov "İnsayt lyudi" firması ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. 2022-ci ildə bloger şirkət tərəfindən Sankt-Peterburq və Moskvada təşkil edilən bir neçə tədbirdə iştirak edib. Mayın 14-də məlum olub ki, bloger qiyabi həbs edilib və onu 7 ilə qədər həbs cəzası gözləyir. Hüseyn Həsənova qarşı xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması maddəsi ilə cinayət işi açılıb. Bloqerin özü vergi borcunun olmadığını bildirib. İstintaqın versiyasına görə, 2019-2021-ci illərdə bloger ümumilikdə 170 milyon rubldan (3 milyon 600 min manatdan çox) çox məbləğdə vergi ödəməyib. Eyni zamanda o, vəsaitlərin bir hissəsini - 20 milyon rubldan (təxminən 424 min manat) çox pulu maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıb. Geri qayıt |