Əsas Səhifə > Güney Press > Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin

Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin


Bu gün, 16:25

Dilin öz normaları, öz qaydaları var və Orfoqrafiya lüğəti də bu qaydalar əsasında hazırlanır.

Bu sözləri APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli akademik Nizami Cəfərovun fikirlərinə münasibət bildirərkən deyib.

Nadir Məmmədlinin sözlərinə görə, akademik Nizami Cəfərov təklif etdiyi sözlərin Orfoqrafiya lüğətinə salınmasını nəzərdə tutmayıb: “Ola bilsin ki, akademik həmin sözlər üçün ayrı bir lüğətin yaradılmasını təklif edib. Biz də bu təkliflə razılaşıb, Nizami Cəfərovla həmin lüğətin tətbiqində əməkdaşlıq edə bilərik. Hazırda yeni Orfoqrafiya lüğəti hazırlanır. Ancaq həmin sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür”.

Qeyd edək ki, akademik Nizami Cəfərov mediaya açıqlamasında deyib ki, "Vopşe", "tak çto", "znaçit" kimi sözləri lüğətimizə daxil etməliyik.


Geri qayıt