Əsas Səhifə > Güney Press / Manşet > Bu bank rəsmi etibarnaməni də tanımır

Bu bank rəsmi etibarnaməni də tanımır


Dünən, 16:44

Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Rüfət Bayramlı yazıb.

O bildirib ki, etibarnamə verdiyi şəxslərə “Unibank” hər hansısa proses aparmağa imkan vermir:

“ASAN Xidmətdən aldığım etibarnamə isə ailə üzvüm “Unibank”ın Xırdalan filialına yaxınlaşıb ki, dollar hesabından pulu götürsünlər. Ancaq bankın əməkdaşları deyiblər ki, kartı gətirin, sonra verək. Kartı mən özümlə xaricə gətirmişəm və gəlməmişdən öncə ailə üzvüm üçün ASAN Xidmətdən ümumi etibarnamə almışam ki, bütün bank əməliyyatlarında iştirak edə bilsin. Xırdalan filialı deyib ki, mütləq filan şey yazmalıdır. Ay qurban olum, gərək bundan sonra etibarnamə alanda hər bankdan 1 əməkdaşı ASAN Xidmətə aparaq ki, bütün xidmətlərin adlarını yazsınlar. Neçə gündür vatsapda müştəri xidməti əməkdaşları ya yola verirlər, ya insanın əsəblərini korlayırlar. Ümumiyyətlə, maraqlıdır “Unibank”da savadlı mütəxəssis varmı ki, bu etibarnaməni oxuyub fikir bildirsin?”.

Məsələ ilə bağlı “Unibank” bildirib ki, belə bir bir təəssüratın yarandığı üçün təəssüf edirlər və onlar sözügedən problemlə bağlı şikayətçiyə köməklik göstərməyə hazırdılar.



Geri qayıt