Əsas Səhifə > Güney Press > Həcc kvotası niyə dolmadı?
Həcc kvotası niyə dolmadı?Bu gün, 17:00 |
Azərbaycandan ilk zəvvar qrupunun Həcc ziyarəti mayın 25-də başlayacaq. Lakin Həcc ziyarətinin başlamasına 1 həftədən az qalsa da, Azərbaycan üçün ayrılan kvota hələ də dolmayıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri saytımıza deyib ki, kvotanın dolmasına az qalıb. Kvotanın əvvəlki illərlə müüqayisədə daha gec dolmasının səbəbi olduqca maraqlıdır. “Kvotanın dolmamasında qiymətlər rol oynayır” Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, kvotanın dolmamasında bir neçə amil rol oynayır: “İlk dəfədir ki, Azərbaycanda belə bir hal baş verir. Yəni söhbət kvotanın dolmamasından gedir. Kvotanın dolmamasının səbəblərindən biri insanların alternativ yollar tapmasıdır. Burada təbii ki, qiymətlərin, iqtisadi durumun da kifayət qədər rolu var. Yəni insanlarımız bu məsələni nəzərə alaraq ya başqa ölkələrdən daha ucuz qiymətə biletlər taparaq ziyarətə getməyə çalışırlar”. “Qiymətlər bir neçə formada olmalıdır ki...” Deputat vurğulayıb ki, hamını yüksək qiymətlər müqabilində həccə getməyə hamının imkanı yoxdur: “Qiymətlər yüksək olduğuna görə insanlarımız başqa ölkələrə üz tuturlar. Yəni bu amilin də rolu var. Qarşı tərəf də bunu son illərdə qiymətlərdəki artımlarla, dünyada da belə proseslərin getməsi ilə əsaslandırır. Lakin hesab edirəm ki, biz bu barədə düşünməliyik. Əgər müəyyən addımlar atılmasa, kvotanın dolmadığının növbəti illərdə də şahidi ola bilərik. Bu barədə indidən düşünmə lazımdır. Həm qiymətlərə baxılmalıdır, eyni zamanda bir neçə formada təkliflər olmalıdır ki, insanlar ona gedib, həcc ibadətlərini yerinə yetirə bilsinlər”. Qeyd edək ki, bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Ötən il kvota 1500 nəfər olub. Sənəd qəbulu prosesi yanvarın 21-də başlayıb. QMİ qeydiyyat prosesini bir neçə dəfə uzadıb. Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Geri qayıt |