Əsas Səhifə > Güney Press > "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"Dünən, 17:07 |
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı Əminə Əliyeva İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatında “light sand” döyüşü üzrə dünya çempionu olub. Axşam.az-ın məlumatına görə, Xalq artisti Emin Ağalarov qızının uğuru ilə bağlı sosial media hesabında paylaşım edib. "Bu, Əminənin iştirak etdiyi ilk beynəlxalq yarış idi. Qızım 11 yaşında birinci yeri tutdu. Atası olaraq Əminə ilə fəxr edirəm. O, yarışlara olduqca ciddi şəkildə hazırlaşırdı. Gündə iki dəfə mənim nəzarətim altında məşq edirdi. Əminə hansı qərarı versə, mən və anası onun tam dəstəkləyəcəyik. Bütün uşaqlarımıza uğur olsun!" deyə, Emin bildirib. Geri qayıt |