Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanda kazinolar açılmalıdırmı?
Azərbaycanda kazinolar açılmalıdırmı?Dünən, 17:19 |
Bu gün çox maraqlı bir mözvuya toxunacağam. Bütün dünyaya qazandıran və Azərbaycanda olmayan kazino biznesindən yazacam...Kazino biznesinin adı çəkiləndə əslində bu, bizim ölkədə birmənalı qarşılanmır. Göz önünə qumar, uduzmaq, məğlubiyyət və sair gəlsə də, onsuz da bu gün ölkədə kifayət qədər onlayn şəkildə bu bizneslə məşğul olan şirkətlər var. Etiraf da etməliyik ki, ölkə əhalisi bu sahəyə çox maraqlıdır. At yarışı, futbol yarışı və sair bu kimi yarışlara pul qoymağın özü də bir qumardır. Bununla insanlarımız məşğul olur. Amma məsələnin daha dərin və önəmli tərəfləri var... Azərbaycanda kazino biznesi yoxdur. Azərbaycan həm də turizm ölkəsidir. Niyə Azərbaycanda əcnəbiləri cəlb edən, ölkəyə daha çox vəsait axınına səbəb ola biləcək kazino biznesi olmasın ki? Təsəvvür edin, hər hansı bir əcnəbi ölkəyə gəlir, əylənir, gəzir, tarixi məkanları görür və bütün bunların sonunda niyə bir oyuna maraq duymasın ki? Niyə maraq yaratmayaq ki? Və yaxud bu oyuna marağı olan şəxslər var ki, onlar qazanmaq üçün kazino biznesinin olduğu ölkələrə turist səfərləri edirlər. Filmlərdə olduğu kimi bir maraqlı həyat... Niyə olmasın? Qəbul etməliyik ki, oyun biznesi dünyada əyləncə və turizm sənayesinin əhəmiyyətli bir hissəsi kimi inkişaf edib. Kazino oyunları qədim tarixə malikdir. Kaizno oyunları ilk dəfə İtaliya, Fransa və digər Avropa ölkələrində populyarlaşıb. Belə ki, ilk dəfə XVII əsrə İtaliyada Venesiyada “Casino di Venezia” açıldı. Bununla dünyada müasir kazino anlayışının təməli qoyuldu. XIX əsrdə kazino biznesi Avropanın müxtəlif şəhərlərində, xüsusilə də turizm əsaslı, kurort şəhələrində yayılmağa başladı. Hamı buna xüsusi maraq göstərirdi. Həyacan, qazanmaq və ya itirmək... XX əsrdə Las Veqas kazino oyunlarının mərkəzinə çevrildi. Sonra Atlantic City mühüm kazino şəhərciyi oldu. Son illərdə Çinin Makao şəhəri kazino oyunları ilə, demək olar ki, Las Veqası geridə qoiyub. Bəlkə qəribə səslənə bilər, kazino biznesi Sinqapur və başqa Asiya ölkələrində də mühim dərəcədə inkişaf edib. Bu ölkələrdə kazino biznesinin belə inkişaf etməsinin səbəbi qanunvericilikdir. Qumar oyunlarının leqallaşdırılması bu biznsin inkişafına mühim təsir etdi. Kazinolar turistləri cəlb edən əsas amillərdən biridir. Və bunu bütün ölkələrin hakimiyyətləri yaxşı başa düşürdü. Ölkəyə turist axınını inkiaf etdirmək üçün kazino biznesi leqallaşdırılmalı idi. Nə qədər qəribə səslənsə də, kazino biznesi ölkələr üçün gəlir mənbəyi olmaqla yanaşı həm də iş yerləri deməkdir. Bu gün dünyada kazino biznesinin ən güclü olduğu ölkələr arasında Çinin Makao şəhəri ilk yerdədir. Bu bazarda əsas iştirakçılar Sands China, Galaxy Entertainment və SJM Holdings kimi böyük şirkətlərdir. İkinci yerdə Las Veqasdır. ABŞ, qumar sənayesində böyük bir paya sahibdir. Sonrakı yerdə Sinqapur qərar tutub. Avstraliya da kazino biznesinin inkişaf etdiyi ölkələrdəndir. Avstraliyanın Sidney, Melbourne və Perth kimi şəhərlərində böyük kazinolar var. Bu şəhərlərdə xarici turistləri cəlb edən geniş kazino kompleksləri mövcuddur. Kanada da kaizno biznesinin böyük gəlir gətirdiyi ölkələrdəndir. Ontario, British Columbia və Alberta əyalətlərində bir çox kazino fəaliyyət göstərir. Avropada həmçinin Monako, Böyük Britaniya və Almaniya, Asiyada Filippin, Cənubi Koreya və Malayziya kimi ölkələrdə də bu sənayədə getdikcə daha çox inkişaf edir. Etiraf etməliyik ki, kazino biznesi turizmin inkişafı üçün əhəmiyyətli bir amildir. Kazinolar turizmi canlandırır, iqtisadiyyatı gücləndirir və regionların inkişaf üçün də faydalıdır. Kazinoların "fayda"ları...Hər il kazinolar, xüsusilə də Las Veqas və Makao kimi məşhur qumar mərkəzləri, milyonlarla turisti cəlb edir. Kazinolar turizm sektoruna böyük məbləğdə pul axınına səbəb olur. Bu gəlir otel, restoran, nəqliyyat və digər xidmət sahələrində də dövriyyəni artırır. Vergi gəlirləri də artır, bu da dövlətin infrastruktur və digər layihələrə sərmayə qoymasına imkan yaradır. Kazinoların fəaliyyəti nəticəsində minlərlə yeni iş yeri açılır. Bu iş yerləri, kazino işçilərindən tutmuş otel işçilərinə, restoran işçilərinə və digər xidmət sektorlarında çalışanlara qədər geniş bir spektrə aiddir. Bu gün dünyada olan müasir kazinolar, sadəcə, qumar oynamaq üçün deyil, həm də əyləncə mərkəzi kimi fəaliyyət göstərir. Konsertlər, şouproqramlar və başqa əyləncə tədbirləri turistlərin marağını cəlb edir və onların daha çox vaxt keçirməsinə səbəb olur. Məsələn, Las Veqası götürək. Bu şəhər kazino biznesi sayəsində dünyanın ən məşhur turizm mərkəzlərindən birinə çevrilib. Makaonun iqtisadiyyatının əsasını kazinolar təşkil edir. Kazinolar sayəsində şəhər qlobal bir turizm mərkəzinə çevirib. Kazinoların fəaliyyəti üçün qanunvericilik və tənzimləmə mütləqdir... Kazino fəaliyyətlərini tənzimləyən və nəzarət edən qanunların olması vacibdir. Çünki dövlətə faydalı olması üçün kazinoların fəaliyyəti şəffaf olmalıdır. Eyni zamanda, cəmiyyətin həssas təbəqəsi nəzərə alınmalı və kazinolar qumar asılılığı ilə mübarizə aparmaq üçün proqramlar təklif etməlidir. Bu proqramlar asılılıq riski olan insanları müəyyən etməyə və onlara dəstək verməyə yönəlməlidir. Kazinolar harda fəaliyyət göstərməlidir?Kazinolar çox vaxt böyük otel kompleksləri ilə birlikdə fəaliyyət göstərir. Eyni zamanda Kazinolar məşhur musiqili mərasimlərin, şouların və digər əyləncə tədbirlərinin keçirildiyi məkanlar ola bilər. Kazinoların içindəki restoranlar, barlar və gecə klubları da böyük gəlir gətirir. Azərbaycanın turizm sektoru ölkə iqtisadiyyatının mühüm bir hissəsidir və son illərdə əhəmiyyətli dərəcədə böyüyüb. Azərbaycanın turizm gəlirləri ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malikdir və artmaqda davam edir. Bu gəlirlər xarici turistlərin xərcləri, otel, nəqliyyat, əyləncə, mədəniyyət və alış-veriş gəlirlərindən formalaşır. Turistlərin sayı, qalma müddəti, xərcləmə qabiliyyəti, turistik məkanların cəlbediciliyi, viza rejimi, infrastruktur və təhlükəsizlik kimi amillər bu gəlirlərə təsir göstərir. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Bizimyol.info portalına açıqlamasında bildirib ki, Azərbaycanda kazino fəaliyyəti olmadığı üçün buna həvəsi olan şəxslər xarici ölkələrə üz tutur, bu da valyutanın ölkəmizdən xaricə axmasına səbəb olur. Eyni zamanda kazino fəaliyyətinin olmaması ölkəyə turist axınına da təsir edir. Ruslan Quliyev hesab edir ki, Azərbaycanda da xüsusi məkanlarda kazino oyunları təşkil etmək olar. Belə olan təqdirdə həm dövlət büdcəsinə külli miqdarda maliyyə vəsaiti daxil olmuş olar, həm də bu fəaliyyət turzimin inkişafına da təkan vermiş olar. Kazino biznesinin fəaliyyəti üçün qanunvercilik vacib məsələdir. Ekspert bildirib ki, bütün ölkələrdə yetkinlik yaşına çatmayan şəxslər kazinolara buraxılmır. Eyni zamanda kazinoya giriş nəinki 18 yaşına çatmamış şəxslər üçün, həm də yaşından asılı olmayaraq, tələbələr üçün qadağan edilməlidir: “Məsələn Kiprdə belə bir qadağa var, əgər müəssisə bu qaydanı pozarsa cərimə edilir. Bütün ölkələrdə əhalinin həssas təbəqəsi, gənclər var. Bu səbəbdən də, yerli əhali üçün hansısa bir məhdudiyyətlər qoyula bilər. Bu, niyə vacibdir? Çünki, dediyimiz kimi, Azərbaycanda bu fəaliyyət olmadığı üçün valyuta Azərbaycandan xaricə axır. Gürcüstana -Batumiyə, Monteneqroya, Kiprə vəsaitlər axır gedir. Azərbaycanda da kazinolar yaratmaqla böyük bir kütləni bura cəlb etmək olar. Bu fəaliyyət dövlət büdcəsinə daxilolmalar baxımından maraqlıdır və eyni zamanda müxtəlif sahələrin inkişaf etməsinə zəmin yaradar. Yeni iş yerlərinin yaranması və s. burada önəmli məsələlərdəndir. Məhdudiyyətlərdən danışdıq. Əksər ölkələrdə gənclər, tələbələr və yaxud 18 yaşına çatmamışların kazinolara daxil olması hətta kazinonun bağlanmasına gətirib çıxarır Azərbaycanda da 1990-cı illərdə - xaos dövründə bunun acı nəticələri bizim gözümüzün qabağındadır. Nəticədə kazinoları bağlandı. Kazinoları kütləvi yerlərdə deyil, şəhər mərkəzində deyil, xüsusi ayrılmış zonalarda, xüsusi nəzarət altında, Xəzərdə olan hansısa adalarda və yaxud hardasa bahalı məkanlarda xaricilər üçün təşkil etmək olar”-deyən ekspert bildirib ki, bu fəaliyyəti ilkin olaraq pilot layihə kimi əcnəbilər üçün təşkil etmək daha məqsədə uyğun olar. Daha sonra bu sektorun inkişafını şaxələndirmək də mümkündür. Əsas odur ki, ölkə valyuta itirməsin, əhalinin bu biznesə və bu əyləncə növünə maraq göstərən zümrəsi əlavə xərc çəkib başqa ölkələrə getməsin. Ölkə iqtisadiyyatı da, insanlar da bundan faydalanar. Geri qayıt |