Əsas Səhifə > Güney Press > Prorektor rüşvətə görə işdən çıxarılıb?
Prorektor rüşvətə görə işdən çıxarılıb?Dünən, 17:41 |
Gəncə Dövlət Universitetinin (GDU) Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun korrupsiya iddiaları əsasında vəzifədən azad edildiyi barədə məlumat yayılıb. Universitetdən “Qafqazinfo”ya bildirilib ki, prorektor işdən öz istəyi ilə çıxıb. “O, professor elmi adını almaq üçün bu qərarı verib. Şahin Xurşudov, həmçinin tədris fəaliyyətini davam etdirir. Hazırda o, İqtisadiyyat fakültəsində yarımştat müəllim kimi fəaliyyət göstərir. Yayılan korrupsiya iddiaları əsassızdır”, - açıqlamada vurğulanıb. Qeyd edək ki, Şahin Nadir oğlu Xurşudov Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə 2022-ci ilin mart ayında təyin edilmişdi. Geri qayıt |