Əsas Səhifə > Güney Press > PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıqDünən, 12:49 |
Azərbaycan Elektron Təhlükəsizlik Xidmətinin META-ya şikayəti əsasında Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan 2 Facebook səhifəsi - “Azeri Time” və “Azeri Voice” səhifələri bağlanıb. Rusiya Azərbaycana qarşı bu işləri niyə həyata keçirir? Axı Azərbaycan Rusiyaya qarşı eyni fəaliyyəti həyata keçirmir. Çünki, biz düşünürük ki, Rusiya ilə müxtəlif məsələlərlə bağlı fikir ayrılığına baxmayaraq, münasibətləri daha da gərginləşdirməyək. Ancaq Rusiyada hesab edirlər ki, strateji tərəfdaş adlandırdıqları ölkəyə qarşı da informasiya savaşı aparmaq, ölkəmizdə “georgi lentləri” yaymaq məqsəduyğundur. Belə davam etdikcə, münasibətlərdə sualların sayı azalmayacaq. Ona görə də, “Rusiya Ukrayna ilə məsələni hər hansı yolla bitirdikdən sonra digər dövlətləri, o cümlədən qonşuları hədəf seçəcək” tezisi boş yerdə yaranmayıb. Rusiya Ukrayna məsələsini bitirmədən də Azərbaycana qarşı informasiya savaşı açıb. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |