Əsas Səhifə > Güney Press > Sabiq hakim Xaxaleva Azərbaycanı mart ayında tərk edib
Sabiq hakim Xaxaleva Azərbaycanı mart ayında tərk edibBu gün, 05:40 |
Rusiya Federasiyasında axtarışa verilmiş keçmiş hakim Yelena Xaxaleva mart ayında Azərbaycanı tərk edərək başqa ölkəyə gedib. Teleqraf xəbər verir ki, bu barədə Xaxalevanı müdafiə edən vəkil Şaxla Hümbətova TASS-a bildirib. Vəkil deyib: "Xaxalevanın Azərbaycanda işi başa çatıb. Məhkəmənin onun Rusiyaya ekstradisiyasından imtina barədə qərarından sonra qadın Azərbaycanı tərk edərək üçüncü ölkəyə gedib". Ş.Hümbətova deyib ki, Xaxalevanın hansı ölkəyə getdiyini və hazırda harada olduğunu bilmir. Vəkil xatırladıb ki, keçmiş hakim 2025-ci ilin yanvarında Bakıya gəldikdən sonra həbs edilərək Kürdəxanı qəsəbəsində yerləşən istintaq təcridxanasında saxlanılıb. O deyib: “Mən şikayət verdim və apellyasiya məhkəməsi müvəkkilimi polis nəzarəti altına alaraq həbs qərarını ləğv etdi” Xaxaleva yanvarın sonunda Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Yanvarın 24-də Xəzər Rayon Məhkəməsi onun barəsində 40 sutka müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi Xaxalevanın şikayətinə baxaraq, barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib və saxlanılan şəxsi polisin nəzarətinə keçib. Xaxalevanın Rusiyaya ekstradisiya tələbi təmin edilməyib. Rusoya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, 2021-ci il dekabrın 8-də Xaxaleva İrəvana uçub və Rusiyaya qayıtmayıb. Müstəntiqlərin fikrincə, 2016-cı ildən 2019-cu ilə qədər o, 127 iş gününü buraxıb. Ümumilikdə o, qanunsuz olaraq 1,195 milyon rubl maaş alıb. 2020-ci ilin yayında Xaxaleva çoxsaylı iştirak etmədiyi üçün Krasnodar vilayət məhkəməsinin hakimi statusundan məhrum edilib. Qeyd edək ki, 2017-ci ildə Xaxaleva qızına 2 milyon dollara başa gələn toy etməsilə gündəmə gəlmişdi. Rusiya mətbuatı yazırdı ki, həmin toya rus estradasının Nikolay Baskov, Vera Brejneva, Valeri Meladze, Soso Pavliaşvili kimi ulduzları dəvət olunublar. 2021-ci ildə Rusiya Ali Hakimlər Kollegiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə Xaxaleva barəsində “xüsusilə böyük miqyasda dələduzluq” və “rəsmi saxtakarlıq” maddələri ilə cinayət işi açmasına icazə verib. Lakin Xaxaleva istintaqdan qaçıb və 2022-ci ildə Rostov məhkəməsinin qərarı ilə haqqında qiyabi həbs qərarı çıxarılıb. Geri qayıt |