Əsas Səhifə > Güney Press > Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı

Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı


Bu gün, 09:30

Azərbaycanda nizamnamə kapitalı 1.3 mln. manat olan plaza idarəedicisi olan şirkət təsis edilib.

Banker.az xəbər verir ki, “Point Plaza” MMC Dövlət Vergi Xidmətinin tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Nəcəfbəy Vəzirov, ev 1 ünvanında dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 1 281 770 manatdır.

Şirkətə direktorluğu Ülvi Gülməmmədli Rüfət oğlu edəcək. O, Bakının Heydər Əliyev prospektində yerləşən “Çinar Plaza”nın direktorudur. “Çinar Plaza” isə “Facility Management Group”un idarəetməsindədir.


Geri qayıt