Əsas Səhifə > Güney Press > 8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir"

8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir"


Dünən, 17:22

Xəbər verdiyimiz kimi, Egey dənizində 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ təxminən 18 kilometr dərinlikdə baş verib.

Musavat.com xəbər verir ki, professor Süleyman Pampal Egey dənizində baş verən zəlzələ ilə bağlı açıqlama verib.

"Bura Kritin şimalında payızda zəlzələ fırtınasının baş verdiyi ərazidir. Həm vulkanik, həm də seysmik fəaliyyətin bir-birinə qarışdığı yerdir. 2011-ci ildə də analoji zəlzələdən əziyyət çəkən bölgədir. Biz o vaxt da dedik ki, 6 bal gücündə zəlzələlər gözlənir" - o deyib.

Pampal qeyd edib ki, 8-8,5 bal gücündə zəlzələlər gözlənir:

"Bilirik ki, əsas Krit xəttinin cənubunda, Yunan qövsündə baş verə biləcək zəlzələlər 8-8,5 bal gücündə daha böyük zəlzələlər yarada bilər. Bunlar, sahillərimizə böyük ziyan vuracaq zəlzələ deyil. Bizdən 170 km məsafədədir".


Geri qayıt