Əsas Səhifə > Güney Press > Banklarda qızıl əmanəti varmı?
Banklarda qızıl əmanəti varmı?Bu gün, 17:42 |
Son vaxtlar qızıl bazarında qiymətlər getdikcə artır. Ekspertlərin fikrincə, qızılı külçə və ya investisiya sikkələri şəklində aldıqda həm oğrulardan, həm də mexaniki zədələrdən qorumaq mümükündür. İkinci yol bölünməmiş metal hesablardır. Metal hesab pul vahidinin deyil, qramla qiymətli metalların daxil olduğu bank hesabıdır: qızıl, gümüş, platin, palladium. Qiymətli metal fiziki formada alınmır. Bu hesabda təkcə qızılın kütləsi barədə məlumat olur. Bu hesabdan əldə edilən gəlir metalın alış və satış qiymətləri arasındakı fərqdən ibarətdir. Dünya ölkələrində banklar metal hesab təklif edir. Dörd növ metal təklif oluna bilər: qızıl, gümüş, platin və palladium. Bu üsul bir sıra üstünlüklərə malikdir. İlkin investisiya məbləği olduqca kiçik ola bilər, çünki siz 0,1 qram qızıl, platin, palladium və ya 1 qram gümüş ala bilərsiniz. Həcm məhdudiyyəti yoxdur. Üstəlik, adətən heç bir komissiya yoxdur. Alış, satış və hesaba qulluq pulsuzdur və bank tətbiqində 24/7 aktiv olur. Ənənəvi əmanətlərlə müqayisədə metal hesabdakı çatışmazlıqlardan biri oradaki vəsaitin fiziki şəxslərin əmanətlərinin sığortalanması haqqında qanunlara tabe olmamasıdır. Metal hesablardan qiymətli metalların satışından əldə edilən gəlirlər fərdi gəlir vergisinə cəlb edilir. Bəs ölkədəki banklarda qiymətli metal əmanəti varmı və hansı banklarda saxlanılır? Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankı “Cebheinfo.az”ın sorğusuna cavab olaraq bildirib ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, banklar qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsini həyata keçirə bilərlər: “Bildiririk ki, 30.04.2025-ci il tarixindək ölkədə fəaliyyət göstərən banklar tərəfindən qiymətli metal əmanəti qəbul edilməyib. Əlavə olaraq qeyd edirik ki, bankların təklif etdiyi xidmət növlərinə dair ətraflı məlumatlar bankların internet səhifələrindən əldə edilə bilər”. Geri qayıt |