Əsas Səhifə > Güney Press > 172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu
172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyulduDünən, 17:45 |
"Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi proses başlamamışdan əvvəl zərərçəkmişlərlə "Atlant" İstirahət Mərkəzi sahibinin vəkili Muxtar Mustafayev arasında gərginlik yaşanıb. Zərərçəkmişlər vəkili cinayətkarı müdafiə etməkdə günahlandırıblar və onun ünvanına təhqiramiz ifadələr işlədiblər. Daha sonra məhkəmə prosesi başlanıb, hakim məhkəməyə bir neçə sənəd daxil olduğunu deyib. Zərərçəkmişlərdən biri Əvəz Nəbiyev Nofəl Hacıyevə qarşı 305 min manatlıq mülki iddia qaldırılıb. Nofəl Hacıyev mülki iddianın qismən, 150 min manatını qəbul etdiyini deyib. Məhkəmədə mülki iddianı icraata götürülüb, sonda iddia ərizəsinə qiymət veriləcəyi açıqlanıb. Daha sonra Muxtar Mustafayev vəsatət verib. O bildirib ki, Nofəl Hacıyevə məxsus, onun qardaşının adına olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoymalıyıb. Vəkil həmin əmlaka həbs qoyulmasını təklif edib. Bildirib ki, onlar cinayət yolu ilə əldə olunub. Nofəl Hacıyevin vəkili bildirib ki, zərərçəkmiş şəxslərin tikintidə toplanan pullarının böyük hissəsi "Atlant" İstirahət Mərkəzində görülən işlərə xərclənib. O iddia edib ki, torpaq sahəsi və qaraj olduğu deyilir, amma elə bir əmlak yoxdur, həmin əmlaklar satılıb. Vəkilin sözlərinə görə, həmin əmlakıarın üzərinə həbsin qoyulması üçün əsas yoxdur. Vəkil "Atlant" İstirahət Mərkəzininin satılmasını, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi istəyib. Məsələyə münasibət bildirən Nofəl Hacıyev bildirib ki, "Atlant" İstirahət Mərkəzinin ərazisində tikinti aparmaq üçün Tahir Qədəşov yaşıllığı məhv edib, 800-dən çox ağacı kəsib. O, Tahir Qədəşovun cinayət əməlləri ilə bağlı Baş Prokurorluğa müraciət olunacağını deyib. Məhkəmə vəsatəti təmin edib. Şirkətinin özəlləşdirilməsin dayandırılması, əmlaklarının üzərinə həbs qoyulması barədə qərar qəbul edilib. Daha sonra Aqil Məmmədov şahid qismində dindirilib. Bildirib ki, hazırda fərdi qaydada usta kimi fəaliyyət göstərir. Zərərçəkmiş Murtuz Əliyevin vəsatəti əsasında məhkəməyə çağırılıb. Onun sözlərinə görə, Murtuz Əliyevin mənzilində 2021-ci ildə 66 kvadaratlıq sahənin təmir işlərini görüb. Deyib ki, təmir işlərini görməyin qarşılığında 7 min manata yaxın pul alıb, onun materiallara nə qədər pul xərclədiyini bilməyib. Məhkəmədə məlum olub ki, həmin mənzil ayrı-ayrı vaxtlarda iki nəfərə satılıb. İndi məhkəmədə həmin mənzilin kimə məxsus olması müzakirə olunur. 2018-ci ildə mənzil Elman Əliyevə satılsa da, şirkət sahibi Nofəl Hacıyev Murtuz Əliyevə satılıb. Nofəl Hacıyev mənzili kimə saydığını xatırlamadığını deyib. Murtuz Əliyev deyib ki, həmin mənzilə gedib, təmir işləri ilə məşğul olub, qonşular onu da tanıyır. Bildirib ki, mənzilin ora satılması barədə şirkət tərəfindən verilən maliyyə arayişı da var. Daha sonra bir neçə şahid ifadə verib. Onlar Nofəl Hacıyevin vəkili Mirzə Xankişiyevin vəsatəti əsasında dindiriliblər.Şahidlərdən biri deyib ki, "Atlant" İstirahət Mərkəzinə Tahir Qədəşovun vasitəsi ilə mişar daşları aparıblar. Həmin mişar daşları 59 min ədəd olub. Digər şahidlər də "Atlant" İstirahət Mərkəzində işlədiklərini deyiblər. Təqsirləndirilən Nofəl Hacıyev deyib ki, mərkəzə milyonlarla manat dəyərində materiallar daşınmasında iştirak edib. O, həmçinin bildirib ki, Tahir Qədəşov mərkəzdə işləyənlərə düz-əməlli pulda verməyib. Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur. Cinayət işi çərçivəsində “Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. Qeyd edək ki, “Atlant”ın sahibi Tahir Qədəşovdur. Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb etmişdilər. Bu vəsatət hələlik baxılmamış qalır. Qeyd edək ki, “Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir. Geri qayıt |