Əsas Səhifə > Güney Press > “Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİBu gün, 05:12 |
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar aşkar edilib. İnterpress.az xəbər verir ki, bu barədə bir sıra Rusiya KİV-ləri məlumat yayıb. Bildirilir ki, “Aquşa” uşaq qidasında ağır qida zəhərlənməsinə səbəb ola biləcək təhlükəli bakteriyalar aşkar edilib. Laborator müayinələr hinduşka və toyuq püresi konservlərində B.cereus və B.polymyxa mikroorqanizmlərinin olduğunu göstərmişdir. Bu bakteriyalar ürəkbulanma, qusma və ishal kimi ciddi simptomlara səbəb ola bilər. Hal-hazırda, bu cür məhsullar hələ də Rusiyanın bütün mağazalarında satılır. Geri qayıt |