Əsas Səhifə > Güney Press > Şahin Bağırov müavininin rütbəsini qaldırdı

Şahin Bağırov müavininin rütbəsini qaldırdı


Bu gün, 14:29

Dövlət Gömrük Komitəsinin sədrinə yeni təyin olunan müavin Fuad Məmmədovun rütbəsi artırılıb.

"DİA-AZ" Unikal-a istinadla xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib. O iki ay əvvəl vəzifəyə təyinat alanda rütbəsi mayor idi.

Qeyd edək ki, Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.


Geri qayıt