Əsas Səhifə > Güney Press > Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə...
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə...Dünən, 23:39 |
Məlum olduğu kimi, Fransa xarici işlər naziri Jan-Noel Barro mayın 26-da Ermənistana səfər edəcək. Səfərin məqsədi haqqında heç bir məlumat verilməsə də, əslində məqsəd aydındır: Ermənistanı Fransanın orbitində möhkəmləndirmək, onu silahlandırmaq, hakimiyyət və hakimiyyətdən kənardakı revanşist qüvvələri Azərbaycana qarşı səfərbər etmək və sülh üçün mümkün imkanları ortadan qaldırmaqdır. 44 günlük Vətən müharibəsindən sonra açıq anti-Azərbaycan mövqeyi tutan və Ermənistanı ölkəmizlə yeni qarşıdurmaya təhrik etmək üçün hərbi-diplomatik hər cür vasitədən istifadə edən rəsmi Paris, bu gün də eyni israrla İrəvanı Azərbaycanla mübarizəyə kökləməkdədir. Məqsəd Cənubi Qafqazda yenidən aradanı qarışdırmaqla Fransanın regiondakı mövqelərini möhkəmləndirmək, Ermənistanı özündən mümkün qədər daha çox asılı vəziyyətə salmaqdır. Hansı ki, bu, Fransaya Ermənistanı daha uzunmüddətli və miqyaslı şəkildə istismaq etməyə imkan verəcək. Seymur ƏLİYEV moderator.az Geri qayıt |