Əsas Səhifə > Güney Press > Naxçıvan MR Nazirlər Kabineti yeni avtomobillər alır
Naxçıvan MR Nazirlər Kabineti yeni avtomobillər alır28-05-2025, 09:25 |
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni xidməti minik avtomobilləri sifariş edəcək. Trend-in məlumatına görə, artıq bununla bağlı müvafiq işlərə başlanılıb. Belə ki, sifariş ediləcək 3 ədəd hibrid mühərrikli avtomobilin 2024-cü il istehsallı olması əsas şərtlərdəndir. Nazirlər Kabineti hazırda avtomobilləri təhvil verəcək şirkəti müəyyənləşdirməkdir. Eyni zamanda, Nazirlər Kabineti avtomobillərin satın alınmasının 203,6 min manata başa gələcəyini proqnozlaşdırıb. Geri qayıt |