Əsas Səhifə > Güney Press > Sığorta şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb

Sığorta şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb


29-05-2025, 18:02

“İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının üzvlərindən biri şirkəti tərk edib.

Banker.az xəbər verir ki, bu, Mordovskaya Marina Mixaylovnadır.

Bundan öncə Kəmalə Xəlilzadə Sabir qızı Direktorlar Şurasının üzvü seçilmişdi. O 2025-ci ilə qədər sığorta şirkətinin İdarə Heyətinin üzvü olub.

Hazırda Direktorlar Şurasının sədri Niyazi İmanov Cavanşir oğlu sədridir.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır.


Geri qayıt