Əsas Səhifə > Güney Press > Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var
Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var1-06-2025, 20:30 |
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb. Xatırladaq ki, mayın 30-da Ağdərədə, mayın 31-də isə Goranboyda mina hadisəsi qeydə alınıb, iki nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |