Əsas Səhifə > Güney Press > BOKT sahibinə ona qoyulan “maya”dan az qala
BOKT sahibinə ona qoyulan “maya”dan az qala4-06-2025, 10:00 |
Camal Aydınov və Mədəd Rüstəmovun səhmdarı olduqları “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” ASC-dən yarandığı gündən indiyə qədər 1 milyon 490 min manat dividend götürüblər. Halbuki, 4 il əvvəl BOKT 300 min manat ətrafında kapitalla təsis edilmişdi. Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinadən xəbər verir. Bununla belə, əldə edilmiş dividendlərin cəmi 30 min manatı keçən ilin payına düşüb. Demək olar ki, ildən ilə dividendlər azalan xətlə gedib. “MJ Financial Services BOKT”nin rəhbərliyi keçən il öncəki illə müqayisədə kəskin böyük fərqlə xalis mənfəət əldə etsə də dividend ayırmalarda “qənaətcil” davranıblar ki, bu da BOKT-nin kapital mövqeyini güclü saxlayıb. Hazırda BOKT-nin 8 milyon 103 min manat cəmi kapitalının 7 milyon 801 min manatı bölüşdürülməmiş mənfəətdir. Audit hesabatına əsaslansaq BOKT 2020-ci ildən 2024-cü ilə qədər 9 milyon 291 min manat xalis mənfəət əldə edib. Kredit təşkilatının hazırda 15 milyon 477 min manat cəmi aktivi və 7 milyon 374 min manat öhdəlikləri var. Kredit təşkilatlarının cəmi kapitalı güclü saxlanılmasına ilə bərabər səbəbi tənzimləyici tələbləridir. Xatırladaq ki, “MJ Financial Services BOKT” 2019-cu ildə təsis edilib və hazırda 301 min manat nizamnamə kapitalı var. Səhmlərin 70 faizi Camal Aydınov, 30 faizi isə Mədəd Rüstəmovun payına düşür. Geri qayıt |