Əsas Səhifə > Güney Press > Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir
Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir4-06-2025, 16:05 |
Ermənistanın son dövrlərdə yaşadığı sosial-iqtisadi gərginlik, ölkədə siyasi idarəetməyə və ictimai etimada dair sualları artırmağa davam edir. Baş nazir Nikol Paşinyanın iştirakı ilə parlamentdə keçirilən və mətbuat nümayəndələrinin buraxılmadığı son iclas da bu prosesin bir göstəricisi kimi qiymətləndirilə bilər. “2024-cü il dövlət büdcəsinin icrasına dair” ilkin müzakirələrin ictimaiyyətə qapalı aparılması, hakimiyyətin şəffaflıq və hesabatlılıq prinsipinə nə dərəcədə “sadiq” qaldığını bir daha gündəmə gətirib. Sosial Tədqiqqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov da Sherg.az-a açıqlamasında Ermənistan hökumətinin dövlət büdcəsinin icrasına dair hesabatı mətbuatdan gizli şəkildə müzakirə etməsi Paşinyan iqtidarının demokratik prinsip və şəffaflıq iddialarına zidd olduğunu bildirib: “Bu addım ölkədə medianın informasiya əldəetmə hüququna açıq müdaxilədir və ictimaiyyətin hökumətə olan inamını ciddi şəkildə sarsıdır. Onsuz da iqtisadi çətinliklər, inflyasiya və sosial narazılığın artdığı bir şəraitdə hesabatlılıqdan yayınmaq ictimai narazılıqları daha da alovlandıracaq. Ermənistan vətəndaşları hökumətdən şəffaflıq və cavabdehlik gözlədiyi halda, belə bir qapalı müzakirə iqtidarın öz legitimliyinə olan güvənsizliyindən xəbər verir. Paşinyan hökuməti "demokratik" imicini beynəlxalq aləmdə qorumağa çalışsa da, daxildə avtoritar reflekslərlə idarəetməyə üstünlük verir. Hökumətin bu yanaşması xüsusilə də müstəqil medianın və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində atılan addımlarla paralellik təşkil edir. Bu, Ermənistanın Qərbə inteqrasiya iddialarını da zəiflədə, onu daha çox regional təcridə və daxili qeyri-sabitliyə sürükləyə bilər. İctimai büdcə müzakirələrinin qapalı keçirilməsi həm hüquqi, həm də etik baxımdan şübhə doğurur və siyasi manipulyasiyaların gizlədilməsi ehtimalını artırır. Ermənistan kimi hələ də institusional baxımdan zəif və sabitlik axtaran bir ölkədə bu cür gizlilik siyasəti uzunmüddətli etimad böhranına gətirib çıxara bilər”. Politoloqun sözlərinə görə, Paşinyan hökuməti özünü “inqilabi legitimlik”lə bəraət qazandırmağa çalışsa da, artıq bu yanaşma post-inqilabi dövrdə işlək deyil: Geri qayıt |