Əsas Səhifə > Güney Press > Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var
Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan varDünən, 10:06 |
Bakının Xətai rayonunda restoranlardan birinin qarşısında dava olub. Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə General Şıxlınski küçəsində "Şahbuz" restoranının qarşısında baş verib. Həmin ərazidə bir neçə nəfərin mübahisə etməsi, dalaşması barədə Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat daxil olub. Hadisə yerinə gələn əməliyyat qrupu onları polis bölməsinə dəvət edib. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sərxoş vəziyyətdə bir-biri ilə mübahisə ediblər. Onların bəzilərinin bədənində xəsarət aşkar edilib. Həmin şəxslərin 1988-ci il təvəllüdlü Cəmil, 2002-ci il təvəllüdlü Cəlal, 1997-ci il təvəllüdlü Vüqar, 2001-ci il təvəllüdlü Abbas, 2002-ci il təvəllüdlü Nadir, 1988-ci il təvəllüdlü Bahadur, 1985-ci il təvəllüdlü Namiq olduqları aşkarlanıb. Onlardan biri 2002-ci il təvəllüdlü Nadir İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib. Geri qayıt |