Əsas Səhifə > Güney Press > Matviyenko Ermənistana:
Matviyenko Ermənistana:Dünən, 16:49 |
“Ermənistan-Rusiya əməkdaşlığı qarşılıqlı hörmətə əsaslanır”. Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İrəvanda keçirilən Ermənistan və Rusiya arasında regionlararası əməkdaşlığa dair 10-cu konfransda çıxışında deyib. “Biz heç vaxt heç kimə nəyisə məcbur etmirik və həmişə digər tərəfdaşlardan fərqli olaraq heç kimin qarşısında seçim qoymuruq: ya bizimləsən, ya da heç kimlə”, - spiker bildirib. Matviyenko iddia edib ki, Rusiya ilə Ermənistan arasında etimad böhranı yoxdur: “Baş nazir Nikol Paşinyanla görüşdən məndə çox yaxşı təəssürat yaranıb. Rusiya ilə Ermənistan arasında etimad böhranının olduğuna dair geniş ifadələr yayılıb. Məndə belə bir hiss yoxdur. Tam əksidir”. Geri qayıt |