Əsas Səhifə > Güney Press > "Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil"
"Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil"Bu gün, 11:55 |
Hesab edirəm ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarı qəti olmaqla, dəyişdirmək mümkün olmasa da Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun deyil. Belə ki:
Bu əmək münasibətləri də bir çox hallarda əmək və məhkəmə mübahisələrinə səbəb olur. Belə ki: Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən, hansı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndi: "müəssisə ləğv edildikdə əsası", hansı halda b) bəndi: "işçilərin sayı və ya ştatları ixtisar edildikdə" əsası tədbiq olunur?
Bu barədə yeni qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarı ilə razı olmasam da, bu qərara hörmət etmək və tədbiq etmək borcumuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Fikrimcə, Azərbaycan Respublikası KM-nin Qərarının 2 hissəsində göstərilən qaydada, yəni, əgər müəssisə ləğv EDİLMİRSƏ, yalnlz işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilirsə, hansı səbəbdən həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan "müəssisənin ləğv edilməsi" əsası ilə ləğv edilməlidir. Bu halda Müəssisənin "filial və ya nümayəndəliyinin ləğvi", müəssisənin ləğvi demək deyil. Hesab edirəm ki, bu halda da işçinin çalışdığı filial və nümayəndəliyinin ləğvi zamanı da əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan qaydada işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, bu halda qeyd olunan əmək münasibətləri aşağıdakı qaydada tənzimlənməlidir:
1.Əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa: - işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə ləğv edilməlidir.
2. Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa: - işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv edilərkən həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv edilməlidir.
3. Bu əmək münasibətlərində o faktı nəzərə almaq lazımdır ki, bu qeyd edilən təşkilat və müəssisəlırdən biri - Hüquqi şəxs, digəri isə onun tərkibindı-Filialı və ya Nümayəndəlikdi. Hüququ şəxsin ləğvi zamanı - müəssisənin ləğvi kimi qəbul etmək olar, Filial və ya Nümayəndəliyin ləğvini isə yox.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)
Geri qayıt |