Əsas Səhifə > Güney Press > Kiçik balıqların okean istəyi:
Kiçik balıqların okean istəyi:Bu gün, 12:04 |
ABŞ-nin San-Fransisko şəhərində qeyri-qanunu miqrantlar etirazlar zamanı Sovet İttifaqı bayraqlarından istifadə ediblər.
Görüntülər SHOT teleqram kanalı tərəfindən yayımlanıb.
Xatırladaq ki, iyunun 6-da Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması prosesi həyata keçirilib və etirazlar digər bir neçə şəhərdə də özünü büruzə verib. Etirazçılarla polis əməkdaşları arasında toqquşmalar da qeydə alınıb.
Konflikt analitik Elman VəliyevSherg.az-a bildirib ki, ABŞ-də etirazlar zamanı Sovet İttifaqının bayraqlarından istifadə hallarını dərhal Rusiyanın əli kimi qiymətləndirmək bəlkə də mübaliğəli görünür:
"Lakin sovet simvollarının hələ də istifadə olunması bu təsirin tam itib getmədiyini göstərir. Bu mənada, ortada müəyyən ideoloji izlərin qaldığını demək məntiqli görünür. Digər tərəfdən, ABŞ-in immiqrantlara qarşı sərt mövqeyi də diqqət çəkir. Bu, gələcək üçün yaxşı perspektiv vəd etmir. Amma ABŞ-in təhlükəsizlik baxımından belə davranmasına, öz baxış bucağından müəyyən qədər haqq da qazandırmaq mümkündür.
Mövcud şəraitdə SSRİ-nin bərpası real deyil. Hazırda dünyada çoxqütblülük uğrunda mübarizə gedir. Kiçik balıqlar belə böyük okeanlarda, dənizlərdə üzmək istəyir".
Geri qayıt |