Əsas Səhifə > Güney Press > "Yoldaşımı xəstəxanaya aparmışdım"

"Yoldaşımı xəstəxanaya aparmışdım"


10-06-2025, 17:05

Sabiq təhsil naziri Misir Mərdanov səhhətində problem yaranması ilə bağlı yayılan xəbərlərlə aydınlıq gətirib.

Bu barədə Lent.az-a danışan M.Mərdanov bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Yoldaşımı analiz verməsi üçün xəstəxanaya aparmışdım. Yəqin ki, kimsə məni orada görüb və özündən belə bir dezinformasiya yayıb.

İndi evdə işimin başındayam. Yoldaşım da, özüm də yaxşıyam. Yalan məlumatlara inanmayın”,- deyə sabiq nazir vurğulayıb.

***

saat 16:00

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

Lent.az "Modern.az"a istinadən xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

M.Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib: “Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacağam”.

Qeyd edək ki, M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.
1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

M.Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.


Geri qayıt