Əsas Səhifə > Güney Press > “Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır

“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır


12-06-2025, 17:58

“Smart Brain Company” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2903557611) nizamnamə kapitalının kəskin şəkildə azaldılması barədə məlumat yayıb.

Cəmiyyətin qərarına əsasən, şirkətin nizamnamə kapitalı 37 668.00 manatdan 3 768 manata endirilmişdir. Bu dəyişiklik nəticəsində nizamnamə kapitalı 10 dəfə azalmış, ümumi azalma məbləği isə 33 900 manat (ümumi kapitalın 90%-i) təşkil edib.

Bu qərarla əlaqədar olaraq, kreditorlar elanın dərc edildiyi gündən etibarən 1 ay müddətində öz tələblərini aşağıda göstərilən ünvana yazılı şəkildə təqdim edə bilərlər.

Tələblərin qəbulu üçün ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8.

Qeyd edək ki, bu şikrət 27 avqust 2015-ci ildə yaradılıb, qanuni təmsilçisi Azər Gülməmmədov Mübariz oğludur.


Geri qayıt