Əsas Səhifə > Güney Press > “Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var12-06-2025, 18:06 |
“Özsüt Azerbaijan” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub. Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir. Məlumata əsasən, “Özsüt Azerbaijan” MMC-nin vergi borcu 3 169 036 manatdır. Bu vergi borcu 11.06.2025-ci il tarixinə olan məlumatdır. Xatırladaq ki, MMC Azərbaycanda 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Rəhman Vəliyevdir. Geri qayıt |