Əsas Səhifə > Güney Press > Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi
Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdiDünən, 06:00 |
İsrailin Baş naziri Benyamin Netanyahu iranlılara müraciət edib. Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” yazır. O deyib: “Əlli ilə yaxındır ki, bu rejim sizi yaxşı yaşamaq şansınızdan məhrum edib”. O, videomüraciətində bildirib: "Biz sizə nifrət etmirik. Siz bizim düşmənimiz deyilsiniz. Bizim ümumi düşmənimiz var: sizi tapdalayan zalım rejim... Şübhə etmirəm ki, bu zülmdən qurtulacağınız gün həmişəkindən daha yaxındır". Onun sözlərinə görə, İsrail “azad dünyanı İranın təşviq və ixrac etdiyi terror və barbarlıqdan” qoruyur. *** İrana zərbələr İsrailə qarşı “təhdidləri aradan qaldırmaq” məqsədi daşıyır. Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Biyamin Netanyahu deyib. O bildirib ki, və əməliyyat “lazım olduğu qədər” davam edəcək. Geri qayıt |