Əsas Səhifə > Güney Press > İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb

İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb


Dünən, 07:05

İsrailin İrana hava hücumundan sonra “qara qızıl”ın qiyməti kəskin artıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,28% bahalaşaraq 1 barel üçün 73,35 ABŞ dolları, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 7,95% artaraq 1 barel üçün 73,03 ABŞ dolları təşkil edib.

Bundan əlavə, Asiya indeksləri kimi ABŞ indeksləri də dəyər itirməyə başlayıb. İsveçrə frankı və qızılın isə qiymətləri yüksəlir.


Geri qayıt