Əsas Səhifə > Güney Press > Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar

Azərbaycanlı hacılar Ciddə aeroportunda qaldılar


Dünən, 10:21

Həcc ziyarətindən qayıdan bir qrup azərbaycanlı hacı Ciddə aeroportunda qalıb.

Bu barədə Teleqraf-a zəvvar Mirnahid Əhmədli məlumat verib.

O bildirib ki, hazırda Ciddədən Bakıya uçuşlar ləğv olunub.

"Əslində Bakıya geri dönüşümüz iyunun 20-də olmalıydı. Amma mən və bir neçə zəvvar daha tez qayıtmaq istədik. Bilet aldıq, amma geri dönüşdə belə bir problemlə üzləşdik. İndi aeroportdan bizi otelə aparırlar. Bakıya uçuşumuz barədə hələlik heç bir məlumat verilməyib".

Qeyd edək ki, Azərbaycandan zəvvar qrupları mayın 25-dən 31-dək Məkkəyə yola düşüblər. Zəvvarlarımız Həcc ziyarətini başa çatdırıb hacı olublar. Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə ilk zəvvar qrupu iyunun 16-da Bakıya qayıdacaq. O zamana kimi geri dönüş edənlər öz istəkləri ilə qayıdan zəvvarlardır.


Geri qayıt