Əsas Səhifə > Güney Press > Rəsmi Bakı İsrailin İrana hücumuna

Rəsmi Bakı İsrailin İrana hücumuna


Dünən, 11:45

İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq.

"DİA-AZ" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq", - bəyanatda deyilir.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbə endirib.

Bununla yanaşı İsrailin müdafiə naziri İsrael Kats ölkədə fövqəladə vəziyyət elan edib.

İsrail ordusunun İrana endirdiyi hərbi hava hücumu nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami də daxil olmaqla, çoxlu sayda hərbçi həlak olub.


Geri qayıt