Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi
Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi13-06-2025, 15:18 |
Nəsimi rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “15 İyun Milli Qurtuluş günü Müstəqil Azərbaycanımızın şanlı səhifəsidir” adlı tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, Nəsimi rayon Ağsaqqallar Şurasının, Nəsimi rayon Ağbirçəklər Şurasının üzvləri, rayonun səhiyyə, təhsil müəssisələrinin, idarə və təşkilatlarının rəhbərləri, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri, rayon gəncləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə RİH-nin binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dərin hörmət və ehtiramlarını bildirdilər. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu. Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır!" deyən Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu bir həqiqətdir ki, neçə ki Azərbaycan xalqı var, Heydər Əliyev ideyaları yaşayacaq”. Geri qayıt |