Əsas Səhifə > Güney Press > Aktrisa onu skuterlə vuran kuryerdən

Aktrisa onu skuterlə vuran kuryerdən


Bu gün, 12:29

"Hüquq-mühafizə orqanlarından mənə zəng etdilər ki, sizi skuterlə vuran şəxs müəyyən edilib. Həmin şəxs mənə səsli qeyd göndərərək üzr istədi, mən danışa bilmədim, ailə üzvlərim danışdı".

Bunu Teleqraf-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova onu skuterlə vuran şəxs haqqında danışarkən deyib.
Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs Ucar rayon sakini R.Abdullayevdir: "Mənə deyir ki, kasıb adamam, kuryer işləyirəm, borclarım var, kirayədə yaşayıram. Şikayətimi geri götürməyimi xahiş edir. Skuterlə vuran şəxsin həyat yoldaşı mənə bildirir ki, hadisə zamanı həyat yoldaşı mənə su gətirib, yardım etmək istəyib, amma qəbul etməmişəm. Mən üzünü görməmişəm. Həmin vaxt vəziyyətim yaxşı deyildi və bunu xatırlamıram. Məndən şikayətimi geri götürməyi xahiş edir.
O, aldığı xəsarətlə bağlı da danışıb: "Kəllə sümüyümün xətti sınıb, həkimlər deyir ki, beş-altı aya bərpa olunacaq. Hazırda əsas mübarizəm öz sağlamlığımdır. Allaha şükür edirəm ki, sağ qalmışam. Bəlkə yataq xəstəsi olardım, o zaman vəziyyət necə olardı?".
İ.Rəşidova qeyd edib ki, qarşı tərəfdən qan pulu tələb edib: "Mən ondan bahalı şeylər tələb etmirəm. Sadəcə qan pulu tələb etmişəm. Amma qapıdan içəri belə girməyiblər. Mən başa düşürəm, eyni hadisəni mənim yaxınlarımın da başına gələ bilər. Amma mən düşünürəm ki, onlar mütləq xəsarət alan şəxsi ziyarət edərdilər".
Aktrisa şikayətini geri götürməyi də istisna etməyib: "Ola bilər ki, şikayətimi geri götürüm".
Qeyd edək ki, iyunun 6-da aktrisa Səbail rayonu ərazisində skuter sürən şəxs tərəfindən vurulub. O Respublika Neyrocərahiyyə Xəstəxanasına yerləşdirilmişdi. Hazırda ev şəraitində müalicəsini davam etdirilir.

Geri qayıt