Əsas Səhifə > Güney Press > 7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu
7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli olduBu gün, 10:23 |
“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 7–9-cu siniflər üçün böyük ölçülü dərsliklərin istehsalı və çatdırılması işlərinə 2 milyon 535 min 277 manat xərcləyəcək. Teleqraf xəbər verir ki, şirkət Elm və Təhsil Nazirliyinin elan etdiyi tenderdə müəyyən edilən maksimum 2 milyon 569 min 147 manatlıq büdcədən aşağı qiymətlə razılaşıb. Müqavilə çərçivəsində nəzərdə tutulan işlər 11 iyun 2025-ci ildə başlayıb və 15 avqust 2025-ci il tarixində tamamlanacaq. Qeyd edək ki, ötən il “Şərq-Qərb” ASC ilə bağlanan müqaviləyə əsasən, şirkət 5–7-ci siniflər üçün iri formatlı dərsliklər hazırlayıb. Həmin layihəyə 3 milyon 835 min 112 manat xərclənib. “Şərq-Qərb" Açıq Səhmdar Cəmiyyəti 14 sentyabr 2001-ci il tarixində dövlət qeydiyyatından keçib. Cəmiyyətin əsas fəaliyyət sahəsi müxtəlif növ çap və nəşriyyat işləri, eləcə də digər poliqrafiya məhsullarının hazırlanması və təqdim olunmasından ibarətdir. İlkin nizamnamə kapital 589 879 manatdır. Şirkətin qanuni təmsilçisi Oktay Əhmədovdur. 2024-cü ilin sonuna ASC-nin gəlirləri 11 milyon 713 min 75 manat, xalis mənfəəti 844 min 701 manat olub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “Şərq-Qərb"in mənfəəti 1 milyon manatdan çox olub. Geri qayıt |