Əsas Səhifə > Güney Press > Neftçi əgər ezamiyyətə çıxarsa...
Neftçi əgər ezamiyyətə çıxarsa...Bu gün, 11:14 |
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması nə qədərdir?
Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarına əsasən: Azərbaycan Respublikası ərazisində ezamiyyə xərclərinin 1 günlük norması:
Bakı şəhərində 125,0 manat,
Naxçıvan şəhərində 100 manat,
Gəncə və Sumqayıt şəhərlərində 95,0manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir.
Ezamiyyə xərclərinin 1 günlük normasına: mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir.
Nəqliyyat xərcləri (ezam olunan yerə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.
Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20,0 manat əlavə vəsait verilir.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)
Geri qayıt |