Bu ilin ilk 3 ayı ərzində Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 1 miyard 519 milyon dollar olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü il müqayisədə cəmi 0,7% və ya 10,5 milyon dollar artıb. Birbaşa xarici investisiyaların 26,7%-i və ya 405,7 milyon dolları Böyük Britaniyanın payına düşüb. Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 milyon dollar azalıb. İnvestisiyaların 70%-dən çoxu 5 ölkənin – Böyük Britaniya, Türkiyə, Kipr, Birləşmiş Ərəb Əmirlikləri və İranın payına düşüb. Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr və maliyyə qurumları bunlar olub: Böyük Britaniya – 405,7 milyon dollar (26,7%); Türkiyə – 300,8 milyon dollar (19,8%); Kipr – 181,1 milyon dollar (11,9%); Birləşmiş Ərəb Əmirlikləri – 110,3 milyon dollar (7,3%); İran – 90,1 milyon dollar (5,9%); Macarıstan – 80,3 milyon dollar (5,3%); Rusiya – 64,3 milyon dollar (4,2%); Yaponiya – 48,4 milyon dollar (3,2%); ABŞ – 42,3 milyon dollar (2,8%); Niderland – 22,3 milyon dollar (1,5%); Finlandiya – 19,3 milyon dollar (1,3%); İsveç – 18,7 milyon dollar (1,2%); Avstriya – 12,6 milyon dollar (0,8%); Hindistan – 10,9 milyon dollar (0,7%); İsveçrə – 10,8 milyon dollar (0,7%); Latviya – 10,4 milyon dollar (0,7%); Gürcüstan – 10,2 milyon dollar (0,7%); Çin – 7,4 milyon dollar (0,5%); Qazaxıstan – 5,9 milyon dollar (0,4%); Almaniya – 4,4 milyon dollar (0,3%); Lüksemburq – 1,8 milyon dollar (0,1%); Asiya İnkişaf Bankı – 1,6 milyon dollar (0,1%); Estoniya – 1,6 milyon dollar (0,1%); Beynəlxalq Maliyyə Korporasiyası – 1,3 milyon dollar (0,1%); Xorvatiya – 1,3 milyon dollar (0,1%); İsrail – 1,2 milyon dollar (0,1%); İspaniya – 1,1 milyon dollar (0,1%); Belarus – 0,8 milyon dollar (0,1%); Oman – 0,6 milyon dollar (-).
Geri qayıt
|