Əsas Səhifə > Güney Press > Avstriya şirkəti Azərbaycan bazarından gedir
Avstriya şirkəti Azərbaycan bazarından gedirBu gün, 09:10 |
"Takeda Osteuropa Holding GMBH" (Avstriya) Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1400412131) ləğv olunduğunu elan edir. FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1141 Bakı şəhəri, Yasamal rayonu, Ə.Camil küçəsi, ev 64/66 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu nümayəndəlik 5 yanvar 2005-ci ildə yaradılıb. Qanuni təmsilçisi Elmar İsmayılov Sadı oğludur. Geri qayıt |