Əsas Səhifə > Güney Press > Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı

Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı


Bu gün, 10:36

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan inspektoru Şahin İskəndərov barəsində olan hökmdən kassasiya şikayəti verib.

Trend xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara asasən, təqsirləndirilən Şahin İskəndərovun cəzası 5 ildən 3 ilə endirilib.

Bildirək ki, təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham elan edilib.


Geri qayıt