Əsas Səhifə > Güney Press > Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?


Bu gün, 12:52

Tovuz sakinləri mövsümü meyvələrdən qışa tədarük görmək istəsələr də bunu reallaşdıra bilmirlər. Çünki rayon ərazisində mağazalarda şəkər tozu tapılmır. Sözügedən məhsul olan mağazalarda isə məhsul yalnız 50 kq olan kisələrdə satılır ki, bunu da almağa hər kəsin imkanı çatmır. Qıtlığı bahalaşma olacağı ilə əlaqələndirənlər də var.

Mağaza sahibləri rayon ərazisində şəkər tozunun tapılmamasının səbəbini mövsümlə əlaqələndirirlər:

"Hər il sezonda belə olur. Təlabat çox olduğu üçün məhsul tez bitir".

Bəs qıtlıq ola bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, qıtlıq olması gözlənilmir:

"Ötən illə müqayisədə bu il məhsul idxalında artım var. Ötən ilin 5 ayında şəkər idxalı 86 milyon dollar civarında idisə, bu ilin 5 ayında 90 milyon dollarlıq şəkər idxal olunub. Meyvə və tərəvəzin yığım dövrü olduğuna görə əhali kompot, mürəbbə bağlayaraq qışa tədarük görürlər. Çünki hazırda ucuz dövrdür. Bu da şəkər tozuna marağın çox olması ilə bağlı olaraq mağazalarda tükənə bilər. Bu müvəqqəti problemdir".

Bəs şəkər tozu bahalaşa bilər?

Ekspert qeyd edir ki, dünyada bu məhsul hazırda ucuzlaşmaya doğru getdiyi üçün bizdə də bahalaşması gözlənilmir.

Milli.Az


Geri qayıt