Əsas Səhifə > Güney Press > Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir

Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir


Bu gün, 16:59

Uzun illər Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında münaqişə yaranıb.
Bu barədə Teleqraf-a danışan Kürdoğlu Əsgərovun sözlərinə görə, bir neçə gün öncə atası Şəmkirdə yerləşən bazarlardan birinə əlində balta ilə gələrək onu axtarıb. Daha sonra isə o, oğlunun yaşadığı evə gəlib və onu hədələyib.
"Atam əsirlikdən qayıdan gündən mənə sanki düşmən kəsilib. Şəmkir bazarında fəhləliklə məşğulam. Bir neçə gün öncə bazarda məni axtarırmış. Sonra yaşadığım evə gəldi, məni öldürməklə hədələdi. Mən cavab qaytarmadım, dedim əsəbidi, keçər. Bir neçə dəqiqə sonra kiçik qardaşımla birlikdə gəlib mənim suyumu kəsdi. Hərəkətləri qonşumun evində olan müşahidə kamerasına düşüb", - oğul Əsgərov bildirib.
Şəmkir rayon Polis Şöbəsinə müvafiq məlumat verdiyini deyən K.Əsgərovun sözlərinə görə, atası ona böhtan da atır:
"Yeddi il atamdan ötrü əziyyət çəkmişəm. Atam əsirlikdə olanda altı pay torpağından ikisini anam mənə verdi ki, evin böyük oğlusan, özünə ev tik. Mən də min bir əziyyətlə bu evi tikdim. Atamın azadlığı üçün bütün beynalxalq tədbirlərdə onun haqq səsini çatdırmağa çalışmışam. İndi atam məni şantaj edir ki, nazirlər sənə 200 min manat pul göndərib, sən də onları yemisən. Mən mətbuat vaistəsi ilə müraciət edirəm ki, hansı nazir və ya vəzifəli şəxs mənə pul verib, bilim" .

Geri qayıt