Əsas Səhifə > Güney Press > Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI:

Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI:


Bu gün, 12:28

“Verilişlər apardığım o vaxtlar çox insanlar mənim üçün ölürdü, amma mən onu sevirdim”.

Yenicag.az xəbər verir ki, aktrisa Zümrüd Qasımova bu sözləri “Pərvizə görə” verilişində deyib.

Aktrisa həyat yoldaşı ilə bağlı gizlinləri bölüşüb:

“Həyat yoldaşımla16 ildir tanışıq, bərabərik, evliyik. Onunla kitabxanada tanış olmuşuq. Ortaq tanışlarımız var idi, dedi, bir dostumuz kitabxanadadır. Rəfiqəmlə getdik və ilk görüşdən başa düşdüm ki, bu insan həyat yoldaşım olmalıdır. Onun dalınca 7 ay qaçmışam. Dedim, sən mənim olmalısan. Köhnə ailəsindən iki ildir ayrılmışdı, ailə qurmaq fikri yox idi, depressiyada idi. Deyirdi, qadınlara inanmıram, ailə qurmaq istəmirəm. Onun olduğu məkanlara gedirdim, dayanmadan zəng edirdim, məktublar yazırdım. Verilişlər apardığım o vaxtlar çox insanlar mənim üçün ölüdür, amma mən onu sevirdim. İnadkarlıqla istəyimə nail oldum”.


Geri qayıt