Əsas Səhifə > Güney Press > "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir

"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir


Dünən, 17:46

"Ermənistan Elektrik Şəbəkələri" QSC rəhbərliyi şirkətin milliləşdirilməsi ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarına cavab verib.

Teleqraf xəbər verir ki, şirkətin mətbuat katibi Nataliya Sardjanyan TASS-a açıqlamasında nə şirkətə, nə də rəhbərliyə rəsmi şəkildə hər hansı bildiriş və ya xəbərdarlığın təqdim olunmadığını bildirib.

“Bizə hələ də hər hansı pozuntu və ya zərər barədə məlumat verilməyib. Ermənistanın baş naziri konkret olaraq nəyi nəzərdə tutub, aydın deyil”, – deyə Sardjanyan qeyd edib. Onun sözlərinə görə, şirkətə qarşı irəli sürülən əvvəlki cərimələr və ya xidmətlə bağlı yaranmış texniki problemlər Paşinyanın açıqlamaları ilə əlaqəli deyil.


Sardjanyan bildirib ki, xidmət sahəsində vaxtaşırı müxtəlif çətinliklər yarana bilər və bu zaman müəyyən cərimələr tətbiq olunur, lakin bu hallar milliləşdirmə ilə əsaslandırıla bilməz. “Qeyd etdiyiniz epizodun baş nazirin çıxışı ilə heç bir əlaqəsi yoxdur”, – deyə o əlavə edib.


Geri qayıt