Əsas Səhifə > Güney Press > Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu

Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu


Dünən, 10:53

Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsin maqnit rezonans tomoqrafiyası, mamoqrafiya və biplane angioqrafiya cihazının alınması ilə əlaqədar elan etdiyi tender baş tutmayıb.

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin qərarında bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.

Tenderin dəyəri 9 657 483 AZN olub.


Geri qayıt