Əsas Səhifə > Güney Press > Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı

Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı


Dünən, 13:06

"Qardaşım müşahidə altındadır. Həkimlər müsbət fikir bildirirlər. Hələ ki reanimasiyadadır. Orada çıxarmağa tələsmirik".

Bunu Teleqraf-a aktyor Vüsal Murtuzəliyevin bacısı, Əməkdar artist Dilarə Əliyeva qardaşının səhhətindən danışarkən deyib.

Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilmişdi.

Daha sonra aktyoru Diaqnostika Mərkəzinə gətiriblər. Ona anevrizma diaqnozu qoyulub. Damarda anjio (anjioqrafiya) olunub.


Geri qayıt