Əsas Səhifə > Güney Press > Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma

Gəncədə abadlaşdırma üçün 191 min manatlıq satınalma


Bu gün, 06:55

Gəncə Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlaşdırma işləri üçün mal-materialların satınalınması məqsədilə tender keçirib.

32gun.az-ın xəbərinə görə, tenderin qalibi "INTERNATIONAL PIPELINE SUPPORT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 191 307,05 manatlıq müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, "INTERNATIONAL PIPELINE SUPPORT" MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Raqib Dadaşov Bulud oğludur.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.


Geri qayıt