Əsas Səhifə > Güney Press > BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilənBu gün, 12:21 |
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) alınan 190 min manatlıq qızılı qaçaqmalçılıq yolu Azərbaycana gətirməkdə təqsirləndirilən Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovun cinayət işi məhkəmə prosesi başa çatıb. "Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən hər üç şəxs barəsində şərti cəza verilib, sınaq müddəti seçilməklə məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, yayılan rəsmi məlumata görə, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib. Geri qayıt |