Əsas Səhifə > Güney Press > Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib

Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib


Bu gün, 12:21

Ermənistan dövlətçiliyi, təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayətin üstünü açan güc strukturlarının əməkdaşları dövlət mükafatlarına təqdim edilməlidirlər.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

"Dövlətçiliyimizə, Ermənistanın təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayətin üstü açılıb və bu planın həyata keçirilməsinin qarşısı alınıb. Hüquq-mühafizə strukturlarımızın bütün nümayəndələrinə təşəkkür etmək istəyirəm", - o qeyd edib.

Baş nazir həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla bu planın ifşa edilməsində fəal iştirak edən hüquq-mühafizə strukturlarının bütün nümayəndələrinin dövlət mükafatlarına təqdim edilməsi məsələsini müzakirə etdiyini bildirib.


Geri qayıt