Əsas Səhifə > Güney Press > “Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!”

“Sertifikasiya imtahanı yox, saxtakarlıq bazarıdır!”


Dünən, 23:25

Təhsil eksperti Kamran Əsədov müəllimlərin sertifikasiya imtahanlarına dair sərt və qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, imtahan prosesini və ümumi sistemi “bazar” adlandıraraq, orada şəffaflıq və ədalətin olmadığını bildirib:

“Sertifikasiya bazarınız mübarək olsun – bilik yox, əlaqə qazandıran, vicdan yox, vasitə işləyən, ədalət yox, saxtakarlıq hökm sürən bir bazar!

İmtahanı təşkil edənlər elə bir sistem qurublar ki, savadlı müəllim deyil, telefonla cavab alanlar “müvəffəqiyyətlə” keçirlər. Bu, təhsil yox, açıq-aşkar biabırçılıqdır. Təhsilimizin gələcəyini bu cür saxtakarlıqla formalaşdıranlara nə ad vermək olar? Bu bazarın təşkilatçıları – siz bu millətin gələcəyinə xəyanət edirsiniz!"

Qeyd edək ki, son günlərdə ölkədə keçirilən müəllimlərin sertifikasiya imtahanları ilə bağlı bir sıra narazılıqlar ictimailəşib. Sosial şəbəkələrdə yayılan iddialar arasında imtahan zamanı texniki vasitələrlə kömək alan şəxslərin uğur qazandığı, real bilik və peşəkarlığın isə arxa plana keçdiyi bildirilir.

Musavat.com


Geri qayıt